Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb - YENİLƏNİB

Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb - YENİLƏNİB

Aprelin 18-də saat 17:00 radələrində Tovuz rayon sakini 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxs yanıq xəsarəti səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Məlumata görə, ona üzün, hər iki yuxarı ətrafın, gövdənin arxa səthi, hər iki aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

14.49

Tovuzda qadın ağır yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunn məlumatıma görə, hadisə Tovuzun Aşağı Quşçu kəndində baş verib.

Rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, hadisə nəticəsində T. Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

"Cebhe.info"