Yevlaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Yevlaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Xaldan-Mingəçevir yolunda baş vermiş avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1959-cu il təvəllüdlü M.Əhmədova, 1991-ci il təvəllüdlü Ş.Əhmədova, 2019-cu il təvəllüdlü E.Əhmədova, 2020-ci il təvəllüdlü M.Əhmədova, 1985-ci il təvəllüdlü T.Əhmədova, 2011-ci il təvəllüdlü N.Məmmədli, 1983-cü il təvəllüdlü S.Ağayev və 1984-cü il təvəllüdlü N.Sadıqov xəsarət alıblar.

Qeyd edək ki, hadisə 2 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

14:00

Yevlaxda iki avtomobilin toqquşması nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Xəsarət almış üç uşaq, üç qadın və iki kişi Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Bir nəfər ağız nahiyəsindən ağır xəsarət aldığından əməliyyata götürülüb, digərlərinin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"