Zaqatalada körpə doğuş vaxtı öldü
Zaqatalada doğuş zamanı körpə ölüb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.
Belə ki, rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü S.Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.
Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"