Acun yeni futbol klubu alır

Acun yeni futbol klubu alır

Türkiyənin “TV8” telekanalının sahibi, məşhur iş adamı Acun Ilıcalı daha bir futbol klubu satın alacaq.

“Cebhe.info” xəbər verir ki, o, Sloveniyanın “Maribor” klubunun da sahibi olacaq.

Bu barədə Acun Ilıcalı özü açıqlama verib. O, Sloveniya mətbuatına müsahibəsində “Maribor” klubunu alacağını deyib:

“Sloveniyadakı hansı klubun bizim üçün ən uyğun olacağını araşdırandan sonra bunun “Maribor” olacağına qərar verdik. Keçən həftə Maribor şəhərində idim. Şəhəri və stadionu çox bəyəndim. Həmçinin, klubu idarə edən insanları da çox sevdim”.

Acun bu qərarı uzun müddət düşündüyünü etiraf edib:

“Uzun araşdırmadan sonra bir qərar verməyimiz lazım idi. İki ay ərzində araşdırdıq və düşündük. Beləliklə, ən doğru investisiyanın “Maribor” olacağına qərar verdik”.

Qeyd edək ki, Acun Ilıcalı İngiltərənin “Hall Siti” klububun da sahibidir.

Elmir Mustafa
“Cebhe.info”