İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib

İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.

"Cebhe.info" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Həvəskar Liqanın I turu çərçivəsində keçirilməli olan "Lokomotiv" (Bakı) - "Balaxanı" matçında meydan sahibləri həkim personalı təmin etmədiyinə və bu səbəbdən oyun baş tutmadığına görə “Lokomotiv”ə texniki məğlubiyyət (0:3) verilib.

"Dinamo" (Balakən) klubu da eyni cəza ilə üzləşib. AFFA U-17 Qızlar Liqasının oyunu çərçivəsində "Neftçi" ilə qarşılaşan bölgə təmsilçisi qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydana buraxdığına görə texniki məğlubiyyət alıb.

"Cebhe.info"