İtaliya nəhəngi "Qalatasaray"ın ulduzunu istəyir

İtaliya nəhəngi "Qalatasaray"ın ulduzunu istəyir

İtaliyanın "Napoli" klubu yeni mövsüm üçün transfer hazırlıqlarına başlayıb.

"Cebhe.info" xəbər verir ki, onların hədəfində "Qalatasaray"ın müdafiəçisi Davinson Sançez var.

"Napoli" 27 yaşlı futbolçu ilə yaxından maraqlanır. İtaliya klubu yanvar ayında da istədiyi Sançezi mövsüm sonunda sıralarına qatmaq niyyətindədir. 

"Napoli"nin qarşıdakı həftələrdə İstanbul klubuna rəsmi təklif verəcəyi gözlənilir. 

Qeyd edək ki, Davinson Sançez ötən mövsüm 9,5 milyon avro qarşılığında "Tottenhem"dən "Qalatasaray"a transfer olub. 

O, bu mövsüm İstanbul təmsilçisində meydana çıxdığı 30 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Elmir Mustafa
"Cebhe.info"