Azərbaycanlı şair vəfat etdi

Azərbaycanlı şair vəfat etdi

Azərbaycan ədəbiyyatına ağır itki üz verib.

"Cebhe.info" Bakupost.az-a istinadən xəbər verir ki, tanınmış şair İnqilab İsaq 71 yaşında dünyasını dəyişib. Bu haqda onun dostları sosial şəbəkədə məlumat veriblər.

Qeyd edək ki, İnqilab İsaq 31 mart 1953-cü ildə Daşkəsən rayonunda anadan olub. O, yaşadığı Göygöl rayon Üçtəpə kəndində vəfat edib.

İ.İsaq “Ümidə borclu dünya”, “Deməyə sözüm var”, “Aləm cənnətə dönsə”, “Aydan axan bulaq”, “Sabahın ümidləri”, “Obaları gəzə-gəzə” və başqa əsərlərin müəllifidir.

"Cebhe.info"