Netanyahu ABŞ-yə səfərini təsdiqləyib

Netanyahu ABŞ-yə səfərini təsdiqləyib

İsrail Baş naziri Benyamin Netanyahu növbəti həftə ABŞ-a səfər edəcəyi və Donald Trampla görüşəcəyi ilə bağlı xəbəri təsdiq edib.

APA “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, Netanyahu Amerika rəsmiləri ilə təhlükəsizlik və ticarətlə bağlı məsələləri müzakirə edəcək.

Netanyahu deyib ki, gələn həftə ABŞ-da Prezident Tramp, vitse-prezident Jeyms Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Prezidentin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff və ticarət naziri ilə görüşlər keçirəcəyini vurğulayıb.

"Cebheinfo.az"