Rusiyada yeni səfərbərlik elan edilə bilər

Rusiyada yeni səfərbərlik elan edilə bilər

Şovinist çıxışları ilə tanınan Kremlin ideoloqu Aleksandr Duqin bir neçə milyon insanın səfərbərliyinin vacibliyi barədə növbəti açıqlama verib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Duqin “Кремлевская табакерка” Teleqram kanalına bu yay Rusiya Prezidenti Vladimir Putinin kütləvi səfərbərlik haqqında qərar qəbul edəcəyini bildirib. 

“Mən aydın məlumat almışam. Prezident Putinin total səfərbərlik barədə qərarı yayda olacaq. Artıq avqust-sentyabrın sonuna qədər ordunu bir milyondan çox yeni əsgərlə təmin etmək olar. Allaha şükürlər olsun ki, Rusiya böyüklüyə doğru əsl yoluna başlayır!” - Duqin belə deyib.

O, həmçinin müqavilə əsasında orduya qoşulan və döyüşdə özünü qurban verməyə yox, müharibənin tezliklə bitəcəyinə ümid edərək müharibədən qaçmağa çalışan hərbçiləri ağır cəzalandırmağa çağırıb. 

“Mənim bildiyimə görə, Prezident belə insanlarla bağlı ciddi qərarlar hazırlayır”, - deyə Duqin əlavə edib.

Müşfiq Abdulla
“Cebheinfo.az”