Tramp: DOGE Maska qarşı tədbirlər görə bilər

Tramp: DOGE Maska qarşı tədbirlər görə bilər

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, iş adamı İlon Mask ölkədə elektromobillərin satışı üçün əlverişli şərtlərdən daha çox şey itirə bilər.

“Report” xəbər verir ki, Tramp bunu Florida ştatına yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, Maskın özünün bir müddət əvvələ qədər rəhbərlik etdiyi Federal Hökumətin Səmərəliliyinin Artırılması Departamenti (DOGE) biznesmenə qarşı tədbirlər görə bilər.

"Mask elektromobillər üzərindəki mandatını itirdiyi üçün məyusdur", - Tramp qeyd edib.

O, Maskın ABŞ-dən deportasiya edilməsi imkanını nəzərdən keçirəcəyini deyib.

“Tesla” və “SpaceX”in qurucusu Cənubi Afrikada doğulub və 2002-ci ildə ABŞ vətəndaşlığını alıb.

"Cebheinfo.az"