"Gəncə" klubu ABŞ-dən olan voleybolçunu transfer edib

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətini gücləndirib.
"Cebheinfo.az" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan İzabell Morqanla bir mövsümlük müqavilə imzalanıb.
Voleybolçu ötən mövsümü İsveçin “Qislaveds” klubunda keçirib.
25 yaşlı oyunçu daha əvvəl ABŞ-nin “Villanova University”, “Texas A M Corpus Christi University” və Puerto-Rikonun “Valencianas de Juncos” klublarında çıxış edib.
"Cebheinfo.az"