“Milan” portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır

“Milan” portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır

İtaliyanın "Milan" klubunun rəhbərliyi Portuqaliya təmsilçisi "Portu"nun baş məşqçisi Serjiu Konseysaunun xidmətində maraqlıdır.

Bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.

İtaliya klubu artıq "Portu" rəhbərliyi ilə əlaqə saxlayıb. Portuqaliyalı mütəxəssisin müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulsa da, bu yay postundan ayrılmağa qərar verib.

Qeyd edək ki, "Milan" daha əvvəl Stefano Piolini Xulen Lopeteqi ilə əvəzləmək istəsə də, komandanın azarkeşləri onun mümkün təyinatına neqativ reaksiya veriblər.

"Cebhe.info"