Millimiz Belçikaya yollandı

Millimiz Belçikaya yollandı

Qızıl Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün II turun qarşılaşmaları üçün Belçikaya yollanıb.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma 24-26 may tarixlərində Belçika və Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, komanda Bakıdakı I turda Rumıniya və Ukraynana 0:3 hesabı ilə uduzub.

"Cebhe.info"