"Qarabağ" - "Neftçi" matçının stadionu dəyişdirilib

"Qarabağ" - "Neftçi" matçının stadionu dəyişdirilib

Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçının stadionu dəyişdirilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, təşkilati işlərlə əlaqədar olaraq 4 may, saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan qarşılaşma "Azersun Arena"da baş tutacaq.

Oyunun başlama saatı və tarixi ilə bağlı hər hansı dəyişiklik edilməyib.

Naibə
"Cebhe.info"