“Abşeron Faza I” layihəsi BƏƏ-də müzakirə olunub

“Abşeron Faza I” layihəsi BƏƏ-də müzakirə olunub

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır.

"Cebhe.info" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Əbu-Dabidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP 28-in prezidenti Sultan Əhməd Əl-Cabir ilə məhsuldar görüşümüz oldu. Yaşıl enerji sahəsində strateji tərəfdaşımız "Masdar”la istehsal güclərinin yaradılması, elektrik enerjisinin ötürülməsi üzrə layihələrin icrasının sürətləndirilməsi, ADNOC şirkəti ilə “Abşeron Faza I” layihəsi, apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan digər məsələrlə bağlı müzakirələr apardıq. COP28 ölkəsi olaraq BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır”, - paylaşımda qeyd olunub.

"Cebhe.info"