Azərbaycan Permdən 11 min kubmetrdən çox taxta-şalban idxal edib

Azərbaycan Permdən 11 min kubmetrdən çox taxta-şalban idxal edib

2023-cü ilin əvvəlindən Azərbaycana Perm diyarından 11 min 399,7 kubmetr ağac məmulatı ixrac edilib.

“Report” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, bu tədarüklər üzrə 104 fitosanitar sertifikat qeydiyyata alınıb.

Məlumatda bildirilir ki, yanvarın 26-da “Rosselxoznadzor”un Kirov vilayəti, Udmurt Respublikası və Perm diyarı üzrə İdarəsi Perm diyarından Azərbaycana iynəyarpaqlı ağaclardan alınmış 360 kubmetr taxta-şalban göndərilməsinə nəzarət edib. Ağac məmulatlarının nümunələri seçilərək müvafiq xidmətə təhvil verilib.

Laboratoriya müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizmlərin olmadığı təsdiqlənib, nəticədə üç fitosanitar sertifikat verilib.

Cebhe.info