Azərbaycanda 10 qəpiklik süddən yağ hazırlayırlar

Azərbaycanda 10 qəpiklik süddən yağ hazırlayırlar

"İstənilən yağı kərə yağı formasına salmaq mümkündür. Belə bir texnologiya var".

Bunu Cebhe TV-nin canlı efirində qonaq olan iqtisadçı Akif Nəsirli deyib.

O bildirib ki, bu gün marketlərdə satılan əksər ağartı məhsullarının tərkibi dəyişdirilib:

"Bu gün marketlərdə kilosu 3 manata yağ satılır. Bunu alan şəxs 5-6 aydan sonra xəstələnir. Qaraciyərində piylənmə yaranır, digər problemlər ortaya çıxır. Bu adamlar həyatını riskə qoyaraq yaşayır. Hazırda insanlar orqanizm üçün zərərli olan qidalarla qidalanırlar. Marketlərdə satılan ağartı məhsullarının heç biri təbii məhsuldan hazırlanmır.

Kəndlərdə heyvan saxlayanlardan üzsüz südü 10-15 qəpiyə alırlar. Onu da sexlərə gətirib, ucuz yağları onunla qarışdırırlar. Südü 70 dərəcəyədək qızdırırlar. Nəticədə südün yağlılığını 1,5-dən 10-12 faizə qaldırırlar. Bildirim ki, inək südünün orta yağlılğı 3,6 faizdir. Onlar onu 10-12 faizə qaldırıb camış südü şəklinə salırlar. Ondan da istənilən məhsulu hazırlayırlar.

Laboratoriya da ağartı məhsullarının tərkibi müayinə edərkən süd turşusunun kimyəvi formulunu axtarır. Onsuz da onların tərkibində üzsüz süd olur. 1-2 manata palma, trans və digər ucuz yağ alıb, həmin südllə qarışdırıb ondan alınan xamanı da 4-5 manata satırlar".

Naibə
"Cebhe.info"