Bir ildə inflyasiya 12 faizdən çox enib - RƏSMİ

Bir ildə inflyasiya 12 faizdən çox enib - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı (AMB) mart üzrə inflyasiya dərəcəsini açıqlayıb.

“Cebhe.info” AMB-yə istinadən xəbər verir ki, mart ayında ölkə üzrə inflyasiya səviyyəsi 1 faiz olub.

Qeyd edək ki, əvvəlki - fevral ayında inflyasiya 1.3 faiz olub. Ötən ilin eyni dövründə isə inflyasiya 13.8 faiz təşkil edib. Yəni bir il ərzində ölkədə inflyasiya 12.8 faiz aşağı enib.

Vilayət Muxtar
“Cebhe.info”