Keçən il seçkilərə 45.7 milyon manat xərclənib

Keçən il seçkilərə 45.7 milyon manat xərclənib

Ötən ilin dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirlərinə 45 762 343 manat vəsait ayrılıb.  

"Cebhe.info" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində qeyd edilib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif edilir.

"Cebhe.info"