Maliyyə naziri: "Ötən il büdcə intizamı ciddi şəkildə təmin edilib"

Maliyyə naziri: "Ötən il büdcə intizamı ciddi şəkildə təmin edilib"

Azərbaycanda ötən il dövlət büdcəsi ilə bağlı intizam ciddi şəkildə təmin edilib.

"Cebhe.info" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Hesabat dövründə dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi də gözlənilib. Bu nisbətin artırılması ilə bağlı bir dəfə qərar verirlib və həmin göstərici 30 %-ə çatdırılıb. Ölkəmizdə nəhəng layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə danışıqların aparılması məqbul hesab edilib", - deyə S. Şərifov qeyd edib.

"Cebhe.info"