Nazir: "Özəl sektorda yeni iş yerləri yaradılıb"

Nazir: "Özəl sektorda yeni iş yerləri yaradılıb"

"Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda özəl sektorda yeni iş yerləri yaradılıb".

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.

Bundan başqa, nazir deyib ki, bugünkü tədbir gələcək innovasiyalarla bağlı danışmağa rəvac verir:

"Sammit dövlət nümayəndəsi olaraq şəxsən mənim üçün böyük əhəmiyyət kəsb edir. Biz gələcəyimizi çox düşünməliyik. Yerli uğursuzluqlara qarşı səbr göstərilməlidir. Bu, innovasiyanın inkişafı üçün çox önəmlidir. Çünki bir sıra innovativ həllər planlaşdırıldığı kimi özünü doğrultmur. Bu da bizi daha da qətiyyətlə irəli getməyə sövq edir".

"Cebheinfo.az"