Milli Qurtuluş Günü: Yeni iqtisadi dövrün başlanması

Milli Qurtuluş Günü: Yeni iqtisadi dövrün başlanması

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

Ümummili Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni bir dönüş yarandı.

"Cebhe.info" xəbər verir ki, bunu deputat Vüqar Bayramov özünün “Facebook” hesabında yazıb.

O bildirib ki, iqtisadiyyatın inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı strateji proqramlar və layihələrin işlənin hazırlanmasına və reallaşmasına başlanıldı: 

“Milli liderin siyasi rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövr üçün strateji hədəfləri müəyyənləşdirildi. 

O zaman dərin tənəzzüldə olan ölkə iqtisadiyyatı qısa müddətdə artımı bərpa edə bildi. Həyata keçirilən iqtisadi islahatlar və anti-böhran tədbirləri nəticəsində 1996-cı ildə qeydə alınan 1.3 % iqtisadi artım dərin depresiyanın sonu oldu. Bu Azərbaycan iqtisadiyyatı üçün yeni dövrün başlaması demək idi.

Ötən müddətdə Azərbaycan iqtisadiyyatında böyümə meyilləri daha da dərinləşdi.Artıq Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 65 faizindən çoxunu formalaşdırır. 1993-cü ildə dövlət büdcəsinin gəlirləri 100 milyon manat idisə, 2024-cü il üçün bu göstərici 36 milyard manatdan çoxdur.

1993-cü ildə ÜDM həcmi 375 milyon manat idi, iqtisadiyyatın miqyası hazırda 123 milyard manatdan artıqdır. Rəqəmlər və qısa müddətdə iqtisadi sabitliyin əldə edilməsi onu göstərir ki, Qurtuluş Günü eyni zamanda iqtisadiyyatın tənəzzüldən qurtulduğu gün kimi tarixə düşdü”.

"Cebhe.info"