Neft sürətlə ucuzlaşır

Neft sürətlə ucuzlaşır

FED-in iclas protokolları, rəsmilərin inflyasiyadan narahat olması və bəzi üzvlərin inflyasiya risklərinin artacağı təqdirdə pul siyasətini sərtləşdirməyə çağırmasından sonra neft qiymətləri enir.

“Cebhe.info” xəbər verir ki, neft, FED-in faiz dərəcələrini daha uzun müddət yüksək saxlaya biləcəyi və bunun enerji tələbi üzərində təzyiq yaradacağı ilə bağlı göstəricilərin təsiri ilə üç aylıq minimuma endikdən sonra itki davam edir.

 4-cü sessiyada “Brent”in bir bareli 81 dollara düşüb. ABŞ xam nefti 77 dollara yaxınlaşıb. FED-in bu ayın əvvəlindəki iclasının protokolları rəsmilərin narahat  mövqe tutduğunu göstərir. Bu, OPEC+ görüşü ərəfəsində zəiflik əlamətləri göstərən neft bazarına başqa bir eniş elementi əlavə edir.

Neft qiyməti qismən də istehsalçılar qrupunun tədarükünün azaldılması səbəbindən bu il hələ yüksək olaraq qalır. Lakin qiymətlər aprelin ortalarından etibarən aşağı düşüb. 

Hökumətin məlumatlarına görə, ABŞ-nin xam neft ehtiyatları keçən həftə yüksəlib. 

Oklahoma ştatının Cushing şəhərindəki saxlama mərkəzindəki ehtiyatlar iyul ayından bəri ən yüksək səviyyəyə qalxdı.

Pekində fəaliyyət göstərən “SDIC Essence Futures”in enerji üzrə analitiki Gao Mingyu "Neft ümumiyyətlə, enmə meyilindədir. Ən böyük diqqət hələ də OPEC+ toplantısında könüllü hasilatın azaldılmasının uzadılıb-uzadılmayacağıdır",- deyib.

Birliyin iyunun 1-də görüşü planlaşdırılır və qrupun mövcud hasilat azaldılmasını genişləndirəcəyi gözlənilir. Alyansın üzvü olan Rusiya aprel ayında hasilat öhdəliyini yerinə yetirib və əlavə tədarükün əvəzini çıxacağına söz verib.

Nigar
“Cebhe.info”