8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçildi

8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) iştirakı ilə 147 ölkə arasında aparılan qiymətləndirmə ilə müəyyən edilən Dünya Xoşbəxtlik Hesabatında Finlandiya 8-ci dəfə birinci olub. Ötən il 98-ci olan Türkiyə bu il 94-cü yerə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, BMT-nin Ümumdünya Xoşbəxtlik Günündə nəşr olunan "Gallup" tərəfindən hazırlanan 13-cü Dünya Xoşbəxtlik Hesabatında iştirakçılara öz həyatları haqqında sual verilərək dünyanın ən xoşbəxt ölkələri sıralayıb. Siyahıda ilk 10 ölkə bunlardır: Finlandiya Danimarka İslandiya İsveç Hollandiya Kosta Rika Norveç İsrail Lüksemburq Meksika "Gallup"-un direktoru İlana Ron Levey deyib ki, Skandinaviya ölkələrinin siyahının başında olması təəccüblü deyil.

Levey "Finlandiya qeyri-adi bir nümunədir və mən düşünürəm ki, dünya həqiqətən də Finlandiyanın unikallığını anlamağa fokuslanıb. Biz hesab edirik ki, fin xalqının dünyanın əksər ölkələrindən daha xoşbəxt olmasının səbəbləri onların başqalarına inamı, gələcəyə nikbin olması, institutlara etibarı, dostları və ailəsinin dəstəyidir",- deyib.

Finlandiya bu il orta hesabla 10 baldan 7,736 balla birinci yeri tutub, Kosta Rika və Meksika isə ilk 10-luğa ilk dəfə daxil olub. Hesabatda ötən il 98-ci olan Türkiyə bu il 5262 xalla 94-cü yerdə qərarlaşıb.

Türkiyə reytinqin başladığı 2012-ci illə müqayisədə 0,08 xal itirib. Ən xoşbəxt olmayan ölkə isə 1364 balla Əfqanıstan olub. Birləşmiş Ştatlar 24-cü yerdə qərarlaşaraq siyahı tarixində ən aşağı sıraya düşüb. 2012-ci ildən dərc edilən siyahıya ötən il ilk dəfə olaraq ilk 20-likdən düşərək 23-cü yerdə qərarlaşıb. "Gallup"-un Dünya Xəbərləri üzrə İcraçı Redaktoru Julie Ray AxiosnABŞ-nin reytinqinin düşməsinin noyabr ayında Donald Trampın qələbəsi ilə nəticələnən əhəmiyyətli seçkilərdən sonra olduğunu vurğulayıb.

"Axios"-a bildirib ki, 2024 və 2025-ci il hesabatlarında ABŞ reytinqləri bir qədər dəyişsə də, 30 yaşdan kiçik gənclər arasında xoşbəxtlik nisbətinin azalmasına diqqət çəkib:

"Gənclərin qavrayışı baxımından heç bir irəliləyiş yoxdur. ABŞ-də gənclər dostları və ailələri tərəfindən daha az dəstəklənir, öz seçimlərini etməkdə daha az azaddırlar və həyat standartları ilə bağlı daha az nikbindirlər".

Reyin fikrincə, bu, ABŞ-nin gələcəyi və Amerika arzusunun həyata keçirilməsi ilə bağlı təsəvvürlərin “qaranlıq mənzərəsini” yaradır.

Nigar 

"Cebheinfo.az"