Ağılsızlığa ən yaxşı çarə: Gündə bir yumurta

Çin və Böyük Britaniyadan olan mütəxəssislər hər gün bir yumurta yeməyin son dərəcə faydalı olduğunu deyirlər.
Məlum olub ki, məhsul demans üçün əla profilaktikadır.
“Cebheinfo.az” xəbər verir ki, alimlər yeni araşdırmada demansdan əziyyət çəkən 500-ə yaxın insanın və sağlam insanların qida rasionunu araşdırıblar. Məlum olub ki, gündə yalnız bir yumurta yemək müsbət təsir göstərir.
Endokrinoloq Zöhrə Pavlova alimlərin tapıntılarını şərh edərkən qeyd edib ki, o, hər gün yumurta yeməyi məsləhət görmür:
"Yumurtanın kalorisi çox yüksəkdir və həddindən artıq istehlak çəki artımına və qan damarlarında lövhələrin yaranmasına səbəb ola bilər".
Xəzər
“Cebheinfo.az”