Alimlərin yeni kəşfi: Sirli seysmik...

Alimlərin yeni kəşfi: Sirli seysmik...

Alimlər Danimarka Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıqla 2023-cü ildə 9 gün davam edən sirli seysmik siqnalı araşdırıblar.

"Cebheinfo.az" xəbər verir ki, alimlər seysmik məlumatlardan istifadə edərək siqnalın mənbəyinin Qrenlandiyanın şərqindəki Dikson Fjordu olduğunu müəyyən ediblər.

Sunamidən əvvəl çəkilmiş fyordun peyk şəkilləri də daxil olmaqla bir çox məlumat müqayisə edilib.

Nəticədə alimlər Dikson Fjordunda 1200 metr yüksəklikdəki dağın təpəsindəki yamacdan əriyən buzlaqın çökməsi nəticəsində baş verən kütləvi sürüşmənin “Yer kürəsini silkələyən” sunamiyə səbəb olduğu qənaətinə gəliblər. 

Araşdırma nəticəsində belə qənaətə gəlinib ki, sürüşmə nəticəsində 200 metr hündürlüyündə nəhəng dalğa baş verib və bu “meqa sunami” dar fyorda ilişib irəli-geri getdiyi zaman “sirli” seysmik siqnal yaranıb.

Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi səbəbindən Qrenlandiya dağlarını dəstəkləyən buzlaqların əriməsi oxşar sürüşmələrin daha tez-tez baş verməsinə səbəb olub.

Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Ləman İsmayıl
"Cebheinfo.az"