Aqşin Fateh ilə Nəfəs klip çəkdirir – FOTO

Aqşin Fateh ilə Nəfəs klip çəkdirir – FOTO

Məşhur müğənnilər Aqşin Fateh və Nəfəs Məmmədli pərəstişkarlarını sevindirməyə hazırlaşırlar.

“Cebhe.info” xəbər verir ki, sevilən sənətçilər yeni duetlərini təqdim edəcəklər.

Onların duetləri artıq hazırdır. Aqşin Fateh və Nəfəs Məmmədli yeni duetin klip çəkilişinə də başlayıblar. A.Fateh klip çəkilişinin kamera arxası görüntülərini “Instagram” hesabında paylaşıb.

Sənətçilər hər zaman olduğu kimi yeni duetlərini kliplə birgə təqdim edəcəklər.

Qeyd edək ki, Aqşin Fateh və Nəfəs indiyə kimi “Yarəm”, “Qar çiçəyi”, “Ömrüm” və “Birtanem” duetlərini oxuyublar.

Elmir Mustafa
“Cebhe.info”