Bankdan pul almaq istəyən şəxs bayquşunu girov göstərib

Bankdan pul almaq istəyən şəxs bayquşunu girov göstərib

Cənubi Afrikanın Gauteng əyalətində bank hesabı açmaq istəyən şəxs bayquşunu girov kimi istifadə etmək istəyib.

"Cebhe.info" “Times Live” saytına istinadən xəbər verir ki, Gauteng əyalətinin Uestonaria rayonundakı bank filialında hesab açmaq istəyən şəxsin tələbi işçiləri təəccübləndirib.

Bank hesabı açmaq istəyən adı açıqlanmayan müştəri hesabın açılması üçün pul əvəzinə öz bayquşunu verməyə çalışıb.

Tələbdən təəccüblənən bank işçiləri müştərinin tələbini rədd edərək, yalnız qanuni ödəniş üsullarını qəbul edə biləcəklərini bildiriblər.

Bank rəsmiləri bildiriblər ki, bu hadisədən sonra Bayquş Xilasetmə Mərkəzi bayquşu sahibindən alıblar.

Nigar Hacılı 
"Cebhe.info"