Dəstəsi 20 qəpik: Ürək üçün ən yaxşı göyərti

Dəstəsi 20 qəpik: Ürək üçün ən yaxşı göyərti

Ürək və damarlarınızın sağlamlığını yaxşılaşdırmaq üçün qida rasionuna göyərti daxil etmək lazımdır.

“Cebhe.info” “Gazeta.Ru”-ya istinadən yazır ki, bu barədə qastroenteroloq Yekaterina Kaşux bildirib.

Həkim qeyd edib ki, göyərtidə çoxlu vitamin, mineral və lif var. O, cəfərini ən faydalı göyərti adlandırıb.

Kaşux bildirib ki, cəfərinin tərkibində portağaldan təxminən üç dəfə çox C vitamini var. Cəfəri həmçinin qan laxtalanmasına kömək edən, qan damarlarının və ürəyin işini tənzimləyən K vitamini ilə zəngindir.

Həkim əlavə edib ki, bu göyərtilərdə kalium, kalsium, A vitamini və beta-karotin də yüksəkdir.

Xəzər
“Cebhe.info”