Enerji içkiləri bu xəstəlikləri yaradır

Enerji içkiləri bu xəstəlikləri yaradır

Enerji içkiləri enerji artımını təmin etməklə yanaşı, həm də ciddi sağlamlıq problemlərinə səbəb olur.

Ərzaq mağazalarında satılan enerji içkilərinin tərkibində 150 mq-a qədər kofein ola bilər. Ölkəmizdə də çox məşhur olan bu içkilərin ürək fəsadları, xərçəng riskinin artması və hətta depressiya kimi ciddi fəsadlara yol açdığı bildirilir.

"Cebhe.info" xəbər verir ki, Teesside və Nyukasl universitetlərində aparılan araşdırmada enerji içkilərinin təsirləri araşdırılıb.

Mütəxəssislər enerji içkilərinin yaratdığı təhlükələri dörd əsas qrupda sadalayırlar:

1. Ürək dayanması

Həkimlər xəbərdarlıq edir ki, enerji içkiləri genetik ürək xəstəliyi olan insanların həyatı üçün təhlükə yarada bilər. Enerji içkiləri ürəyin elektrik sistemini pozur, aritmiya kimi tanınan anormal ürək ritmləri riskini artırır. Bu, yuxusuzluq, susuzluq, həddindən artıq elektron siqaret istifadəsi kimi amillərlə birləşərək bəzi xəstələrdə ani ürək dayanmasına səbəb ola bilər.

2. Xərçəng

Enerji içkiləri təkcə enerjinizi deyil, həm də xərçəng riskinizi artıra bilər. Bəzi ekspertlər içkilərdə yüksək miqdarda şəkər və taurinin xərçəng riskini artıra biləcəyindən şübhələnirlər.

Taurin zehni performansı və enerjini artırmaq üçün istifadə edilən bir amin turşusudur. Lakin bəzi tədqiqatlar göstərir ki, taurin xərçəngi olan insanların bağırsaqlarında zərərli bakteriyaları qidalandırır və böyüdür.

3. Yuxusuzluq

Enerji içkilərinin həddindən artıq istehlakı yuxu rejiminizi də poza bilər. Enerji içkilərinin tərkibindəki yüksək kofein yuxusuzluğun əsas səbəbidir. Ən məşhur enerji içkilərində150 mq-a qədər kofein var.

4. Depressiya

Enerji içkiləri təkcə ürək problemləri və yuxusuzluq yaratmır, həm də intihar cəhdlərinin artması  da enerji içkilərinin çox qəbulu ilə əlaqələndirilir. Aparılan araşdırmada enerji içkilərinin uşaqlara təsiri də araşdırılıb.

Bu araşdırma 21 ölkədən 9-21 yaş arası 1 milyon 200 mindən çox şəxs üzərində aparılıb.

Enerji içkiləri qısa müddətdə enerji və konsentrasiya təmin edə bilər. Ancaq uzun müddətdə ürək xəstəliyi, xərçəng və depressiya kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Enerji içkilərinin uşaqlara, hamilə qadınlara və süd verən analara tövsiyə olunmadığı bildirilir.

Enerji içkilərini spirtlə qarışdırmaq təhlükəlidir.

Enerji içkiləri qəbul etdikdən sonra bol su içmək vacibdir.

Naibə
"Cebhe.info"