Mannı sıyığı da təhlükəli çıxdı: Həkim danışdı

Mannı sıyığı da təhlükəli çıxdı: Həkim danışdı

Bəzi insanlara  üyüdülmüş buğdadan hazırlanmış mannı sıyığı yemək tövsiyə edilmir.

Bunu qastroenteroloq Anastasiya Timoşçenko bildirib. 

“Cebheinfo.az” xəbər verir ki, həkim “NEWS.ru”-ya bu yeməyin təhlükələri barədə danışıb.

Timoşçenko izah edib ki, mannıda  olan sürətli karbohidratlar insulində kəskin sıçrayışa səbəb ola bilər ki, bu da metabolik pozğunluqları, xüsusən də piylənmə və diabetli insanlar üçün zərərli ola bilər:

"Mannıda olan zülalın minimal qəbulu belə, həzm prosesinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər".

Eyni zamanda, qastroenteroloq qeyd edib ki, mannı bir sıra faydalı xüsusiyyətlərə malikdir, o cümlədən B, E və PP vitaminləri, tərkibində maqnezium, silikon, fosfor və dəmir mineralları, həmçinin manqan, kobalt, sink və kalium var. “Bununla belə, tərkibində çoxlu pəhriz lifi yoxdur”, -Timoşçenko xəbərdarlıq edib.

Xəzər
“Cebheinfo.az”