Qara çayın böyük təhlükəsi:Həkim danışdı

Qara çayın böyük təhlükəsi:Həkim danışdı

Qara çayın faydaları olsa da, onun bəzi insanlar üçün təhlükəsi barədə xəbərdarlıq edilib.

“Cebhe.info” xəbər verir ki, rusiyalı həkim Aleksey Tyajelnikovun sözlərinə görə, qara çay tonik, aseptik xüsusiyyətlərə malikdir, sinir sisteminə faydalı təsir göstərir, əhval-ruhiyyəni və maddələr mübadiləsini yaxşılaşdırır. Eyni zamanda, paytaxtın səhiyyə idarəsinin ilkin tibbi yardım üzrə baş ştatdankənar mütəxəssisi bir sıra vətəndaşları güclü qara çaydan ehtiyatlı olmağa çağırıb. Həkim qeyd edib ki, hipertansif xəstələr, hamilə qadınlar və mədə-bağırsaq problemi olan insanlar üçün təhlükəli ola bilər. Mütəxəssis daha az emal olunduğuna görə özündə daha çox vitamin, mineral və antioksidant saxlayan yaşıl çayın müsbət xüsusiyyətlərini də sadalayıb. O qeyd edib ki, bu içki qan təzyiqini aşağı salmağa kömək edir, immuniteti yaxşılaşdırır, qanda qlükoza səviyyəsini aşağı salır və konsentrasiyanı yaxşılaşdırır. Bundan əlavə, çayın sidikqovucu təsirə malik olduğunu və kalsiumu xaric etdiyini xatırladıb.

Xəzər

“Cebhe.info”