Sağlamlığımızı əlimizdən alan təhlükəli qidalar

Sağlamlığımızı əlimizdən alan təhlükəli qidalar

Ömrümüz boyu sağlamlığımıza mənfi təsir edəcək, bizi narahat edəcək qidaları fərqinə varmadan istehlak edirik.

"Cebhe.info" zərərli olan bəzi qidalar və içkilərin siyahısını təqdim edir:

*Meyvə şirəsi

Sağlam bir içki kimi görünür, lakin tərkibində lif azdır. Lif olmadan, şirə bədəninizdə şəkəri artırır, bu da sizi olduğunuzdan daha əsəbi edə bilir. Şirə əvəzinə su içmək və ya meyvənin özünü yemək daha xeyirlidir.

*Qazlı içkilər

Qazlı içkilər yüksək miqdarda şəkər ehtiva edir. Həmçinin, qazlı içkilərin depressiya yaratması ilə də bağlı fikirlər var. Bundan əlavə, onların tərkibindəki kofein də orqanizmin narahatlığına səbəb olur. 

*Ağ çörək

Cəmiyyət olaraq çörəksiz olan süfrə arxasında otura bilməsək də, mümkün qədər ağ çörəkdən uzaq durmalıyıq. Ağ un tez bir zamanda şəkəri artırır və bu da olduqca zərərlidir. 

*Qızardılmış yeməklər

Demək olar ki, bütün qızardılmış qidalar ondan əldə etdiyiniz faydaları azaldır və yeməyi zərərli qidaya çevirir.

*Ketçup

Ketçup mədə problemləri yarada və həzm sisteminin işini korlaya bilər.

Naibə
"Cebhe.info"