Yazda infarkt artır: Necə qorunaq?

Yazda infarkt artır: Necə qorunaq?

Yaz-yay mövsümündə infarkt hallarının sayı ənənəvi olaraq artır. Bunun bir səbəbi də bu mövsümdə görülən fiziki işlərdir.

“Cebhe.info” xəbər verir ki, rusiyalı kardioloq Valentina Balina bağ işi zamanı ürək problemlərinin qarşısının alınması yollarını açıqlayıb.

Onun sözlərinə görə, mövsümün əvvəlində infarktların sayı kəskin şəkildə artır. Onun fikrincə, bu, qışda fiziki fəaliyyət vərdişini itirmiş insanların qəfildən bağçada işə başlaması ilə bağlıdır.

Mütəxəssis bununla bağlı ürək-damar xəstəlikləri olan insanları kənd işini minimuma endirməyə çağırıb. Həkim belə xəstələrə beş kiloqramdan çox ağır əşyalar daşımağı, eləcə də yer qazmağı qadağan edib: “Əgər alaq otu təmizləyirsinizsə, o zaman bunu yalnız oturaq vəziyyətdə edin".

Xəzər
“Cebhe.info”