Əli Mirəliyev də Şuşaya köçür?

Əli Mirəliyev də Şuşaya köçür?

“Mənim ən böyük arzumdur ki, qədim və şanlı tarixə malik olan Şuşa şəhərində yaşayam. Mənə tez-tez sual verirlər ki, Şuşada konsert verməyi düşünürsünüz? Deyirəm ki, nəyin ki, konsert vermək, hətta orada daimi olaraq yaşamağı düşünürəm”.

“Cebhe.info” xəbər verir ki, bunu müğənni Əli Mirəliyev deyib.

“Mən uzun müddətdir ki, müğənnilik sənətiylə məşğulam. Torpaqlarımız işğal olmadan öncə tez-tez Qarabağa qastrollara gedirdim. O zamanlar Xankəndi şəhəri Stepanakert adlandırılırdı, ermənilərə hər hansısa bir qarşıdurma da yox idi. Torpaqlarımız işğal olduqdan sonra hər gün Qarabağa getməyi, orada yaşamağı xəyal edirdim. Çox şükür Uca Tanrı Qarabağı, Şuşanı azad görməyi bizlərə nəsib etdi. Tezliklə mən də müqəddəs torpağımız olan Şuşa şəhərində yaşayacam”, - deyə Əli Mirəliyev bildirib.

Həsən Məmmədov
“Cebhe.info”