İlyas Tapdığın baxımsız məzarı: “Qızı Şəbnəmin maddi durumu...”

İlyas Tapdığın baxımsız məzarı: “Qızı Şəbnəmin maddi durumu...”

 Mərhum şair İlyas Tapdıq və həyat yoldaşının Badamdar qəbiristanlığındakı məzarının şəkilləri yayılıb.

“Cebhe.info” xəbər verir ki, görüntülərdən şairin və həyat yoldaşının məzarının baxımsız vəziyyətdə olduğu diqqət çəkir. Qeyd edək ki, fotoşəkilləri keçmiş deputat Etibar Hüseynov ictimailəşdirib. O, İlyas Tapdığın qızı, Əməkdar artist, tanınmış müğənni Şəbnəm Tapdığı buna görə qınayıb.

“Şair İlyas Tapdıq və həyat yoldaşının baxımsız məzarı. Şairin adı ilə adam olub ortaya çıxan qızı da bütün günü efirlərdə kəkələyə-kəkələyə əxlaqdan,tərbiyədən danışır”, - deyə E.Hüseynov yazıb. 

Məsələ ilə bağlı müğənni Əli Mirəliyev “Cebhe.info” -ya açıqlamasında deyib ki, İlyas Tapdığın məzarının baxımsız olmasına görə çox təəssüf edir:

“İlyas Tapdıq xalqımızın böyük şairi olub. Onun ruhunu necə ehtiramla anırıqsa, bir o qədər də onun qəbrinə hörmət etməliyik. Mən üzümü ölkəmizin dəyərli iş adamlarına, sahibkarlara, xeyriyyəçilərə tuturam,  siz bu xalqın dəyərli şairinin məzarını baxımsız vəziyyətdə qalmaqdan xilas edin. Onun da ruhu şad olsun”. Ə.Mirəliyev İlyas Tapdığın məzarına ailsənin, müğənni qızı Şəbnəm Tapdığın biganə yanaşması haqda deyib ki, onun maddi durumu çətindir: “Şəbnəmin xətri mənim üçün çox əzizdir.

Əgər atasının məzarı baxımsızdırsa, bu, təkcə onun günahı deyil. Çünki Şəbnəmin atası tək onun atası deyil, həm də xalqın şairidir”. 

Xatırladaq ki, İlyas Tapdıq 25 dekabr 2016-cı ildə Bakıdakı evində vəfat edib. Onu Badamdar qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər. 

Həsən Məmmədov 
“Cebhe.info”