Murat Yıldırım "Təşkilat"dan ayrılır

Murat Yıldırım "Təşkilat"dan ayrılır

"TRT1"-in reytinqləri alt-üst edən serialı "Təşkilat"da növbəti dəfə baş rol krizi yaşanır.

"Cebhe.info" xəbər verir ki, layihənin baş rolu Murat Yıldırım serialdan ayrılmağa qərar verib.

O, 2022-ci ildə layihə ilə 1 illik müqavilə imzalasa da, çoxsaylı istəklərə görə bu mövsüm də serialda çəkilməyə razılaşmışdı. Son zamanlarda isə sevilən aktyorun yeni mövsümdə rol alıb-almayacağı müzakirə olunmağa başlamışdı.

Tanınmış jurnalist Birsen Altuntaşın xəbərinə əsasən, Murat Yıldırım "Təşkilat"dan ayrılmağa qərar verib. Serial sentyabrda yeni baş rol ilə izləyicilərin qarşısına çıxacaq.

Xatırladaq ki, daha öncə də "Təşkilat"ın ikinci mövsümün sonu baş rolu canlandıran Çağlar Ertuğrul, üçüncü sezon finalında isə digər baş rol ifaçısı Dəniz Baysal Yurtcu layihədən ayrılmışdı.

Elmir Mustafa
"Cebhe.info"