“Netflix” Məhəmməd Rza Pəhləvi haqqında serial çəkir

“Netflix” Məhəmməd Rza Pəhləvi haqqında serial çəkir

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvidən bəhs edəcək serial çəkilir. 

“Cebhe.info” xəbər verir ki, serial “Netflix”-də yayımlanacaq. Pəhləvi sülaləsindən bəhs edəcəyi açıqlanan layihənin adı “Son Şah” olacaq. Ekran işi Məhəmməd Rza Pəhləvinin İranda İkinci Dünya müharibəsindən İslam İnqilabına qədər olan hakimiyyəti dövrünü əhatə edəcək. Serialın əsas diqqət mərkəzində isə Məhəmməd Rza Pəhləvi və onun üçüncü həyat yoldaşı, azərbaycanlı Fərəh Dibanın şəxsi həyatının olacağı qeyd olunub. 

Elmir 
“Cebhe.info”