Nurəddin Mehdixanlı sənətdən gedir?

Nurəddin Mehdixanlı sənətdən gedir?

Son zamanlar Xalq artisti Nurəddin Mehdixanlı efirlərdə tez-tez görünmür.

Bu da Xalq artistinin tədricən sənətdən getməsi barədə fikirlərin yaranmasına səbəb olub.

Xalq artisti Nurəddin Mehdixanlı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, onun seriallarda çəkilməməsinə səbəb vaxtının məhdud olmasıdır.

“Mən uzun müddətdir ki, sənət aləmində mədəni fəaliyyətimlə məşğul oluram. Dəfələrlə televiziyalara dəvət olunuram. Müxtəlif filmlərdə, seriallarda çəkilmişəm. Yenə də dəvətlər, təkliflər kifayət qədər çoxdur. Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı üzərində düz 4 aydan çox müddət ərzində çalışdıq və nəhayət ki, bitirdik. Hazırda isə “Kral Lir” pyesi üzərində çalışıram. Yəni gördüyünüz kimi, işlərim kifayət qədər çoxdur”. 

Həsən Məmmədov 
“Cebhe.info”