Prezident Telli Pənahqızını mükafatlandırdı

Prezident Telli Pənahqızını mükafatlandırdı

Telli Pənah qızı Əliyeva 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Cebhe.info" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Azərbaycan Respublikası Audiovizual Şurasının üzvüdür.

"Cebhe.info"