Tanınmış aktrisanın yeni layihəsi bəlli oldu

Türkiyəli tanınmış aktrisa Merve Sevinin yeni layihəsi məlum olub.
“Cebhe.info” xəbər verr ki, o, yeni başlayacaq “Kötü Kan” serialında rol alacaq.
Gənc aktrisa sentyabr ayında “Now” telekanalında yayımlanacaq ekran işində mafiya vəkili “Dəfnə” roluna həyat verəcək.
Qeyd edək ki, sözügedən layihədə Ertan Saban, Damla Sönməz, Hüseyn Avni Danyal, Savaş Özdəmir, Gonca Sarıyıldız, Nazlı Senem Ünal, Mert Doğan, Alayça Öztürk kimi məşhurlar çəkiləcək.
Elmir
“Cebhe.info”