Teatrdan 10 minlik borcla bağlı RƏSMİ AÇIQLAMA

Teatrdan 10 minlik borcla bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının dövlətə vergi borcu olduğu bildirilir. 

“Cebhe.info” xəbər verir ki, teatrının hazırki vergi borcu 10 min manata yaxın (9383.19 AZN) olduğu deyilir. Xatırladaq ki, teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Akademik Musiqili Teatrının hazırda heç bir vergi borcu yoxdur. 

Həsən Məmmədov 
“Cebhe.info”