Türkiyəli aktrisa hoteldə eyvandan yıxılaraq öldü

Türkiyəli aktrisa hoteldə eyvandan yıxılaraq öldü

Türkiyəli aktrisa Demet Ersoy vəfat edib.

"Cebhe.info" Axşam.az-a istinadən xəbər verir ki, 48 yaşlı aktrisa Bodrumda hotellərdən birində eyvandan yıxılıb. İddia olunur ki, Demet içkili vəziyyətdə olub. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. 

O, işlə bağlı Ankaradan Bodruma gedibmiş.

Qeyd edək ki, Demetin 1 övladı var.

"Cebhe.info"