Ərdoğanla bağlı bu gün müraciət olunacaq

Ərdoğanla bağlı bu gün müraciət olunacaq

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur İttifaqı” bu gün Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizədliyini üçün Ali Seçki Şurasına (YSK) müraciət edəcək.

Cebhe.info xəbər verir ki, məlumatı AKP yayıb.

Bildirilib ki, müraciət bu gün yerli vaxtla 15:00-da (Bakı vaxtı ilə 16:00) ediləcək.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 mayda keçiriləcək. Namizədlik üçün müraciətlər isə 23 marta qədər davam edəcək.

Vilayət Muxtar
Cebhe.info