Erməni deputat: “Müxalifət yeni eskalasiya riskləri yaradır”

Erməni deputat: “Müxalifət yeni eskalasiya riskləri yaradır”

“Bəzi müxalifət deputatlarının açıqlamaları yeni eskalasiya riskləri yaradır”. 

“Cebhe.info” xəbər verir ki, bunu mayın 23-də Milli Assambleyada keçirilən ənənəvi brifinqdə hakim “Mülki Müqavilə” Partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan bildirib.

Onun sözlərinə görə, söhbət xüsusən Seyran Ohanyan, Qarnik Danielyan və Hayk Mamicanyandan gedir:

“Onlar delimitasiya və demarkasiya prosesini yanlış və vaxtından əvvəl hesab edərək fəal şəkildə tənqid edirlər. Bu, məsələn, Ermənistan üçün eskalasiya riskləri yaradır. Nə ola bilər? Bəli, sən özün başa düşürsən”, – Hovhannisyan qeyd edib.

Xəzər
“Cebhe.info”