Kənddə çaxnaşma:"Paşinyan dedi ki, 7 gün təhlükəsiz olacaq, amma 8-ci gün olmayacaq"

Kənddə çaxnaşma:"Paşinyan dedi ki, 7 gün təhlükəsiz olacaq, amma 8-ci gün olmayacaq"

"Çaykənd (Kirants) sakinləri qeyri-müəyyənlik içindədirlər və insanlar artıq ən pisini düşünürlər".

"Cebhe.info" xəbər verir ki, bunu Ermənistan parlamentindəki "Hayastan" fraksiyasının deputatı Qeqam Nəzəryan jurnalistlərə Çaykənd sakinlərinin Paşinyanla görüşü barədə danışarkən deyib:.

“Sakinlərinin təkliflərinin heç biri məqbul deyildi ki, heç olmasa sərhəd Sovet dövründəki kimi yerlərə getsin. Paşinyan bildirdi ki, sərhəd hətta kəndin ortasından da keçə bilər. Paşinyanın sözlərini təkrar edirəm, dedi ki, orada sərhədçi dayana bilər, 7 gün təhlükəsiz olacaq, amma 8-ci gün təhlükəsiz olmayacaq, mən haradan bilim? Kirantslılar indi şokdadırlar ki, qapını açıb Azərbaycan əsgərini görə bilərlər”.

Onun sözlərinə görə, sakinlər çarəsiz qalıb və hətta ekstremal tədbirlərə əl atmağı düşünürlər:

 “Biri deyir ki, evimi yandıracağam, o biri deyir ki, evimin qabağında durmaq üçün tank gətirəcəyəm. İnsanlara sərhədin Sovet dövründə olduğu kimi deyil, yeni ərazilərdə olacağını deyəndə nə etməli olduğumuzu bilmirəm".

Deputat deyib ki, o, həmin kənddəndir və özü də şokdadır.

Xatırladaq ki, 1935-ci ildə  Çaykənd kəndinin adı dəyişdirilib Getaşen, 1967-cı ildə isə yenidən dəyişdirilərək Kirants adlandırılıb.

Xəzər

"Cebhe.info"