Paşinyan yenə sərhədə gəlib:Əhaliyə nə deyib?

Paşinyan  yenə sərhədə gəlib:Əhaliyə nə deyib?

Ermənistanın Baş naziri Nikol Paşinyan, Baş nazirin müavini Mher Qriqoryan və digər hökumət rəsmiləri bu gün Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüş keçirib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Kənd sakinləri onları narahat edən bütün məsələləri qaldırıblar.

Baş nazir hazırkı prosesi ətraflı təqdim edib və bütün problemlərin hökumətə məlum olduğunu vurğulayıb.

"Görüşdə işə yerində başlamaq və birgə müzakirələr yolu ilə qaldırılan məsələlərin həlli yollarını tapmaq təklif olunub",-deyə məlumatda vurğulanıb.

Xəzər

"Cebhe.info"