Üç hərbi kollec yaradıldı - Qərar

Üç hərbi kollec yaradıldı - Qərar

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.

Kollec hərbi sahədə orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını həyata keçirəcək.

"Cebhe.info"