YAP ödənişsiz efir vaxtından imtina etdi

YAP ödənişsiz efir vaxtından imtina etdi

Yeni Azərbaycan Partiyası 1 sentyabr tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə siyasi partiyalar üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtından imtina edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, 60-dan çox namizədi olan siyasi partiyalar bu hüquqa sahib olur: “Qanunvericiliyə əsasən ödənişsiz efir vaxtından yalnız Yeni Azərbaycan Partiyası istifadə edə bilər. Onlar da rəsmi müraciət edərək ədalətli seçki mühitinin təmin edilməsi məqsədilə bu hüquqdan imtina ediblər”.

"Cebheinfo.az"