Azərbaycanda qışın iki ayında havanın necə keçəcəyi açıqlandı

Azərbaycanda yanvar-fevral ayında havanın orta temperaturunun 1-2 dərəcə yüksək olacağı proqnozlaşdırılır.
Cebhe.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin iqlim dəyişmələri sektorunun müdiri Yaşar Kərimovun birgə keçirdiyi “Ekspert saatı”nda məlumat verilib.
Bildirilib ki, bol yağıntılar, dağlıq və dağətəyi bölgələrdə sulu qar müşahidə ediləcək. Şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Ləman İsmayıl
Cebhe.info